Eyni referenti ardıcıl göstərən markerlər

özündə şəxs əvəzliklərini (he, she, they), deyktik əvəzlikləri (this, that) və sinonimləri (dog, animal, pet, puppy) birləşdirir.
Eşitmə ilə sinxron tərcümə
Ədəbi kommunikasiya
OBASTAN VİKİ
Ardıcıl
Ardıcıl (serial) – zaman və məkan baxımından ardıcıl yerləşmiş. Verilənlərin ötürülməsində: ardıcıl ötürmə, informasiyanı ayrıca kanalla, məsələn, ardıcıl portda olduğu kimi, birdəfəyə bit-bit göndərməkdir. Verilənlərin emalının və hesablamaların başqa aspektlərində: ardıcıl erişim, axırıncı tapılmış elemetin yerinə əsaslanaraq informasiyanın axtarılması üsuludur; ardıcıl kompüter, bir hesab və məntiq bloku olan qurğudur; ardıcıl toplama, mərtəbə-mərtəbə toplamadır (məsələn, məktəb qaydası ilə – sütun-sütun), bunun əksi olan paralel toplamada bütün rəqəmlər birdən toplanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ardıcıl giriş
Ardıcıl giriş (sequential (serial) access) — informasiyanın elə yazılması və axtarılması üsuludur ki, oxumanı verilənlər yığınının lap başlanğıcından başlamaq gərəkdir. Verilənlər bağlı ardıcıllıq ola bilər, yəni ardıcıllıqda hər bir element (fayl, yaxud yazı) növbəti elementi göstərə bilər. Bu termin ardıcıl erişimli fayllara (SEQUENTİAAL-ACCESS FİLES) erişməni təsvir etmək üçün istifadə edilə bilər. Hər bir informasiya elementinin özündən əvvəlki informasiyaya istinad etdiyi fayllar (məsələn, poçt göndərmələrinin siyahısından və mətn prosessorlarının sənədlərindən ibarət fayllar) üçün ardıcıl erişimdən istifadə etmək daha yaxşı olur. Ardıcıl erişim maqnit lentində olan müəyyən mahnının axtarılması prosesi kimidir: axtarış lentin başlanğıcından başlamalı və lazım olan mahnı tapılanadək ardıcıllıqla davam etdirilməlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Eyni ulduzun altında
Eyni ulduzun altında (ing. The Fault in Our Stars; hərf. Günah ulduzlarımızdadır) — Con Qrinin 2012-ci ilin yanvarında nəşr olunmuş 6-cı romanı. Romanın adı Uilyam Şekspirin "Yuli Sezar" faciəsinin birinci aktının ikinci səhnəsindən götürülmüşdür: bu səhnədə Qay Kassi Lonqin Bruta deyir: "Günah, əziz Brut, ulduzlarımızda deyil, özümüzdədir". Hekayə 16 yaşlı xərçəng xəstəsi Hazel Qreys Lankasterin dilindən nəql olunur. Hazel valideynləri tərəfindən dəstək qrupunda iştirak etməyə məcbur edilir. O, tezliklə 17 yaşlı keçmiş basketbolçu və xərçəngə görə bir ayağı kəsilmiş Aqust Vaterslə tanış olur və ona aşiq olur. Kitab uğur qazanmışdır. == Məzmun == 16 yaşlı ağciyər xərçəngi Hazel Qreys Lankester anasının təkidi ilə xərçəng xəstələri arasında keçirilən görüşlərə qatılır. Hazel dəstək qrupunun görüşlərində iştirak etməkdən məmnun deyil, lakin bir gün sümük xərçəngi üzündən sağ ayağı kəsilən, buna görə də protez ayaq taxan 17 yaşlı Aqust Vaterslə tanış olur.
Cənubu göstərən araba
Cənubu göstərən araba (çin. ənən. 指南車, sadə. 指南车, pinyin: zhi3 nan2 che1) — Qədim Çində icad edilmiş, əks əlaqə prinsipi ilə işləyən ilk naviqasiya cihazı, bələdçi arabası. Araba üzərində hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq cənubu göstərən insan fiquru quraşdırılmışdır. Mexanizm maqnit kompas prinsipinə söykənmirdi. Orta əsrlərə qədər geniş tətbiq olunan cənubu göstərən araba dövrünün ən mürəkkəb mexanizmlərindən sayılırdı. Əfsanəyə görə cənubu göstərən araba e.ə. 2600 il qabaq sarı mperator Huan-di zamanında icad edilmişdir. Həqiətə uyğun ola biləcək digər bir fərziyəyə əsasən isə cənubu göstərən araba Ma Tszyun tərəfindən 200-265- ci illərdə Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün hazırlanmışdı.
Yol göstərən işıq
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.
Möcüzə göstərən Nikolay kilsəsi
Müqəddəs Nikolay kilsəsi — Bakı yeparxiyası tabeliyində kilsə. Baş rahib hieromonax Venedikt Zayçevdir. 1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilmişdir. Kilsənin həyəti abadlaşdırılmış, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilmişdir. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.
Ardıcıl altı silindrli mühərrik
Ardıcıl altı silindrli mühərrik (çox vaxt I6 və ya L6 kimi qısaldılır), eyni xəttdə altı silindrin hamısının yerləşdiyi daxili yanma mühərriki növüdür. Altı silindrli mühərriklərdə bir sıra yan-yana yerləşən altı silindr tək bir dirsəkli valı döndərir. Maili formada quraşdırılmış ardıcıl altı silindrli mühərriklərə “maili altı silindrlər”də deyilir. Ardıcıl altı sıra, həm əsas, həm də köməkçi mexaniki motor balansına malik ən sadə mühərrik yerləşdirməsidir və daha az silindrli mühərriklərdən daha az vibrasiya təmin edir.
Ardıcıl dörd silindrli mühərrik
Ardıcıl dörd silindrli mühərrik (Inline-4, I4 və ya L4), eyni xəttdə dörd silindrin yerləşdiyi daxili yanma mühərriki növüdür. Ardıcıl dörd silindrli mühərriklərdə, bir silindr cərgəsində yan-yana yerləşən dörd silindr tək bir krank mili çevirir. Maili vəziyyətdə quraşdırılmış ardıcıl dörd silindrli mühərriklərə “maili dörd silindr” də deyilir. Ardıcıl dörd silindrli mühərriklər, mükəmməl ilkin balansa sahib olduqlarına və mexaniki cəhətdən asan olduqlarına görə ekonom avtomobillərdə ən populyar mühərrik növüdürlər. Bununla birlikdə, mühərrikin zəif ikincil tarazlığı, xüsusilə kiçik həcmli mühərriklərdə aşağı səviyyədə titrəmə yaradır. Mühərrikin böyüməsi ilə bu titrəmələr artdığından, böyük həcmli mühərrik dizaynlarında dörddən çox silindr istifadə olunur.
Ardıcıl səkkiz silindrli mühərrik
Ardıcıl səkkiz silindrli mühərrik (çox vaxt I8 və ya L8 kimi qısaldılır), eyni xəttdə səkkiz silindrin hamısının yerləşdiyi daxili yanma mühərriki növüdür. Səkkiz silindrli mühərriklərdə bir sıra yan-yana yerləşən səkkiz silindr tək bir dirsəkli valı döndərir. Maili formada quraşdırılmış ardıcıl səkkiz silindrli mühərriklərə “maili səkkiz silindrlər”də deyilir. Silindr həcmi bir nəqliyyat vasitəsi alınarkən diqqət edilməsi ən vacib olan məsələlərdən biridir. İstifadə edilmiş bir avtomobil və ya sıfır kilometrlik bir avtomobil alarkən silindr həcmi nəzərə alınır. Nəqliyyat vasitəsinin fəaliyyətinə birbaşa təsir edən silindr həcmi, həm də yanacaq istehlakını təyin edən amillərdən biridir. 8 Silindrli mühərriklər əsasən performans maşınlarında olur. Xalq arasında “böyük mühərrik” olaraq bilinən səkkiz silindrli mühərrik həcmi, həm də at gücünün yüksək olduğuna işarədir. Silindrlər içərisindəki porşenlərin qarşılıqlı hərəkəti mühərrikin işləməsinə imkan verən enerjini yaradır. Silindrlər mühərrikdəki silindr gövdəsində 4 hissəli yerləşdirilmişdirlər.
İndekslənmiş ardıcıl erişmə üsulu
İndekslənmiş ardıcıl giriş üsulu (ing. indexed sequential access method (ISAM)) – böyük verilənlər bazasında yazının axtarış müddətini azaltmaq üçün hər bir yazıya qarşı qoyulan unikal açardan istifadə edilməsi üsulu. Açar, yazıya müraciət etmək üçün onun istifadə olunan sahəsidir. Məsələn, firmanın əməkdaşlarının cədvəl siyahısında indeks olaraq sosial sığorta sisteminin fərdi nömrələrini istifadə etmək olar. ISAM-a uyğun olaraq, hər bir yazının açarı və yazıda digər verilənlərin göstəricisi ayrıca indeks faylında saxlanılır. Müəyyən yazını açarına görə tapmaq üçün proqram öncə çox da böyük olmayan açarların indeksli faylına baxır, sonra isə tapılmış açarın göstəricisindən istifadə etməklə digər verilənlərə keçir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
GMTA (Böyük beyinlər eyni düşünür)
GMTA (Böyük beyinlər eyni düşünür) - GMTA (ing. Great minds think alike, ru. Великие умы мыслят одинаково) – elektron poçtda, telekonfranslarda və gap-forumlarda qəbul olunmuş abreviatur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yol göstərən işıq (teleserial, 1952)
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.
Eyni ildə iki Oskar mükafatına namizəd göstərilən aktyorların siyahısı
Kino Sənətləri və Elmləri Akademiyasının ilk dəfə 1938-ci ildə olmaqla, bir il içərisində aktyorluq kateqoriyalarında iki fərqli "Oskar" mükafatına namizəd göstərilən aktyor və ya aktrisalar olmuşdur. Namizəd olmaq üçün hər iki kateqoriya üzrə Akademiyadan kifayət qədər səs toplamaq şərti ilə, heç bir məhdudiyyət yoxdur. Aktyorlar eyni ildə həm "Ən yaxşı aktyor", həm də "Ən yaxşı ikinci plan aktyor" mükafatına və eynilə aktrisalar da həm "Ən yaxşı aktrisa", həm də "Ən yaxşı ikinci plan aktrisa" mükafatına namizəd göstərilə bilər. Birdən çox namizədliklə əlaqəli sadəcə iki qayda var. Bir aktyor və ya aktrisa eyni kateqoriyada fərqli rollar belə olsa bir dəfədən artıq namizəd göstərilə bilməz (bir baş rol və bir ikinci plan roluna görə namizəd ola bilər, amma iki baş rol və ya iki ikinci plan roluna görə namizəd ola bilməz). Digər qayda isə filmdəki eyni rola görə bir dəfədən artıq namizəd göstərilə bilməməsidir. Bu qayda 1944-cü ildə Barri Fitsceraldın "Öz yolunda get" filmindəki roluna görə həm "Ən yaxşı kişi rolu", həm də "Ən yaxşı ikinci plan kişi rolu"na namizəd göstərilməsindən sonra qəbul edilmişdir. 2021-ci ildəki məlumata əsasən 12 aktyor və aktrisa eyni ildə iki "Oskar" mükafatına namizəd göstərilmişdir. Bu aktyorlardan birincisi Fey Beynterdir. O, 11-ci Oskar mükafatında "Ağ bannerlər" və "İezabel" filmlərindəki roluna görə iki namizədlik qazanmışdır.